Bildiyiniz kimi, bugün Oracle ən güclü verilənlər bazasından biri hesab olunur. Təbii ki, Oracle DBA (Database Administrator) mütəxəssisləri də ən mötəbər və ən çox qazanan verilənlər bazası administratorlarından sayılır. Hər bir verilənlər bazası administratorunun üzərinə çox böyük və məsuliyyətli iş düşür. Onlar verilənlər bazasını layihələndirməli, məhsuldarlığa nail olmalı, bazaya girişi təmin və nəzarət etməli, təhlükəsizliyin qeydinə qalmalı, arxiv və bərpa işlərini həll etməli, verilənlərin tamlığını təşkil etməli və həmçinin yeni versiyalara keçidə təminat verməlidirlər. Əlbəttə ki, bütün bunları Oracle-da etmək daha da çətin və məsuliyyətli bir işdir. Oracle DB administratoru olmaq heç də asan iş deyil, lakin əzmkar çalışma və əldə etmə istəyi güclü olan üçün bu arzu əlçatmaz da deyil.
Oracle
Şəbəkə Xidməti

Əgər Siz şəbəkə əməliyyat sistemlərini (Windows Server, UNIX/Linux) və eləcə də CISCO avadanlıqları ilə işləməyi öyrənmək istəyirsiniz, lakin şəbəkələr haqqında fundamental baza bilikləriniz yoxdursa, o zaman bu kurs Sizin üçün nəzərdə tutulub. Şəbəkə mühəndisi olmaq istəyən hər bir kəs, ilk öncə şəbəkələr haqqında əsas anlayışlara sahib olmalıdır. Şəbəkə xidməti kursunda Siz ümumi şəbəkə anlayışı, şəbəkə topologiyaları, şəbəkələrin qurulması, təhlükəsizliyi və onlara xidmət göstərilməsi və s. bu kimi məsələlərlə tanış olacaqsınız.
Texniki Xidmət

Bugün demək olar ki, hər bir evdə kompüter var, və kompüteri olanların da böyük əksəriyyətini aktiv istifadəçi saymaq olar. Lakin bu istifadəçilərin çox cüzi bir hissəsinin öz kompüterinin daxilindən və onu təşkil edən qurğulardan xəbəri var. Bununla belə bir çoxumuz zaman-zaman kompüterlə bağlı problemlər yaşayırıq və bəzən günlərlə öz kompüterlərimizdən istifadə edə bilmirik. Təbii ki, hər şey kompüteri ustaya aparmaq və təmir xərcləri ilə bitir. Hesablamalara əsasən isə hər bir statistik istifadəçi il ərzində 3-5 dəfə öz kompüterini ustaya aparır. Sizə təklif edilən bu kurs “Öz kompüter problemlərini özün həll et” devizi ilə keçirilir və hər bir aktiv kompüter istifadəçisi üçün nəzərdə tutulur.
MySQL
MySQL — pulsuz yayılan verilənlər bazasının idarəetmə sistemidir (VBİS). Bu sistem özünün yüksək sürəti, etibarlılığı və rahatlığı ilə xarakterizə edilir. Kiçik və orta miqyaslı layihələr üçün ideal həll sayılan MySQL müxtəlif çeşiddəki cədvəllərlə işləməyə imkan verir. Adətən MySQL lokal və uzaqdan qoşulan kliyentlər üçün nəzərdə tutulmuş bir server olsa da, onun distributivinə avtonom proqramlarla çalışmaq üçün daxili server kitabxanası da yerləşdirilmişdir.
WordPress
WordPress — bugün bloqların hazırlanması üçün pulsuz və eyni zamanda qiymətsiz bir vasitədir. Təsadüfi deyildir ki, hazırda 25 milyondan artıq insan öz seçimini məhz WordPress üzərində etmişdir. Daxili “tema” və “plagin”lər sistemi vasitəsilə WordPress praktiki olaraq istənilən layihənin öhdəsindən gələ bilir. Əgər Siz də bloqlardan tutmuş internet dükanlarına kimi yaraşıqlı və keyfiyyətli internet resurslar hazırlamaq istəyirsinizsə o zaman WordPress Sizin üçün nəzərdə tutulmuşdur.
Səhifə 1 > 4-dəan







